Premyer Liqa klubu 2.5 milyona yeni hücumçu aldı

İngiltərənin “Kristal Pelas” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, Premyer Liqa klubu ötən mövsüm “Suonsi Siti”dən icarəyə götürdüyü Cordan Ayyunu birdəfəlik transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər 3 illik müqaviləyə imza atıblar.

Britaniya mətbuatının yazdığına görə, bu transfer “Kristal Pelas”a 2.5 milyon funt-sterlinqə başa gəlib.

Qana yığmasının da şərəfini qoruyan Ayyu, millidə 56 oyun keçirib, 15 qol vurub. 27 yaşlı forvard daha öncə “Marsel”, “Soşo”, “Loryan”, “Aston Villa” kimi klublarda da forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button