Postsovet məkanının ən bahalı 5 futbolçusu

“Transfermarkt” portalı postsovet məkanında tarixin ən bahalı futbolçularının siyahısını dərc edib.

Komanda.az portala istinadən xəbər verir ki, reytinqdə lider “Napoli”nin və Gürcüstan millisinin cinah oyunçusu Xviça Kvaratsxeliyadır. Onun dəyəri 85 milyon avrodur.

İlk üçlükdə “Çelsi”də çıxış edən ukraynalı Mixail Mudrik (60 milyon avro) və 2006-cı ildə dəyəri 51 milyon avro olmuş “Milan”ın sabiq hücumçusu Andrey Şevçenko yer alır.

İlk beşliyə 2016-cı ildə 37 milyon avroya başa gələn “Arsenal”ın ukraynalı müdafiəçisi Aleksander Zinçenko (42 milyon) və “İnter”in erməni yarımmüdafiəçisi Henrix Mxitaryan daxildir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button