İranlı futbolçu Çempionlar Liqasının tarixinə düşdü

Portuqaliyanın “Portu” komandası Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda səfərdə “Çelsi”ni məğlub edib – 1:0.

Komanda.az “Opta”ya istinadən xəbər verir ki, sözügedən qarşılaşmada “Portu”nun yeganə qolunu vuran Mehdi Taremi Çempionlar Liqasının tarixinə düşüb. Belə ki, Taremi turnirin 1/4 final mərhələsində qol vurmağı bacaran ilk iranlı futbolçu olub.

İran millisinin üzvü olan 28 yaşlı hücumçu 2020-ci ilin yayından “Portu”da çıxış edir.

“Çelsi” Çempionlar Liqasının 1/4 final mərhələsində “Portu”nu mübarizədən kənarlaşdırıb. İlk oyunda 2:0 hesabıyla qələbə qazanan “zadəganlar”, cavab matçında minimal hesabla məğlub olsalar da, yarımfinala yüksələn tərəf olublar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button