“Fəxr edirəm ki, onların hamısı klubumuzu təmsil edir” – PSJ-nin prezidenti

PSJ-nin prezidenti Nasser Əl-Xələfi komandanın portuqaliyalı futbolçuları haqda fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, klub prezidenti Portuqaliyadan olan futbolçulardan razı qaldığını bildirib:

“Qonçalo Ramos, Vitinya, Danilo Pereyra və Nuno Mendeş, eləcə də menecerimiz Luis Kamposdan çox razıyam. Mən fəxr edirəm ki, onların hamısı klubumuzu təmsil edir. Portuqaliya futbol üçün böyük ölkədir və həmişə çoxlu istedadlı oyunçulara malikdir”.

PSJ 59 xalla Liqa 1-in turnir cədvəlində 1-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button