21-ci əsrdə ən çox het-trik edən futbolçular

Portuqaliyalı hücumçu Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində Lüksemburqu 5:0 hesabıyla məğlub etdikləri oyunda het-trik edib.

Komanda.az xəbər verir ki, 36 yaşlı hücumçu, 21-ci əsrdə ən çox het-trik edən futbolçudur. Ronaldo 58 dəfə oyunlarda 3 qol vurub.

Ronaldodan sonra bu göstəricidə ikinci yerin sahibi Lionel Messidir. Argentinalı hücumçu 55 dəfə het-trik edib.

21-ci əsrdə ən çox het-trik edənlər

  1. Kriştiano Ronaldo – 58 het-trik
  2. Lionel Messi – 55
  3. Luis Suares – 29
  4. Robert Levandovski – 26
  5. Neymar – 20
  6. Mario Qomes – 18
  7. Klas-Yan Huntelaar – 18
  8. Serxio Aquero – 18
  9. Zlatan İbrahimoviç – 17
  10. Harri Keyn – 15