Poqbadan əli üzülən “Real” onu istəyir

“Real” yay transfer pəncərəsi dövründə “Mançester Yunayted”dən transfer etməyə çalışdığı Pol Poqbanın əvəzləyicisini tapıb.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “Real” “Çelsi”nin yarımmüdafiəçisi Nqolo Kanteni heyətinə qatmaq niyyətindədir. “Kral klubu”nun baş məşqçi Zinəddin Zidanın heyətdə görmək istədiyi futbolçu üçün İngiltərə təmsilçisinə qış transfer pəncərəsi dövründə təklif göndərəcəyi bildirilir.

“Çelsi”nin baş məşqçisi Frenk Lempardın futbolçunu heyətdə saxlamaq istədiyi deyilir

28 yaşlı futbolçunun London klubu ilə hazırkı müqaviləsi 2023-cü ilədək nəzərdə tutulub.

“Real” bu yay Poqbanı transfer etmək istəsə də, “Mançester Yunayted”lə razılıq əldə edə bilməmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button