Poqba ilə qardaşı məhkəmə qarşısına çıxacaq

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba, qardaşı Matias və futbolçunu şantaj etməkdə şübhəli bilinən digər beş nəfər sentyabrın 15-də Paris məhkəməsinə çağırılıb.

Komanda.az RMC-yə istinadən xəbər verir ki, bu, Poqbanın qardaşı Matiasla “qəsb cəhdi və cinayət sui-qəsdi” ilə ittiham olunmasından bir il sonra ilk görüşü olacaq.

Xatırladaq ki, Pol Poqba 2022-ci ilin martında uşaqlıq dostları tərəfindən qaçırıldığını, özünün bütün gecəni Paris qəsəbələrindəki mənzildə qapalı saxlanıldığını bildirib. Futbolçu özünü və ətrafını qorumaq üçün şantajçılara 13 milyon avro ödəməli olub. Daha sonra Pol Poqba “Yuventus”un Turindəki bazası yaxınlığında qardaşı Matiasın da olduğu bir qrup şantajçını görüb. O, bundan sonra kluba müraciət edib və araşdırma aparılmasını istəyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button