“Allahın göndərdiyi sınaqlar qaçılmazdır” – Poqba

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba sosial şəbəkədə paylaşım edib.

Komanda.az xəbər verir ki, fransalı futbolçu heç vaxt bu il olduğu qədər çox şey öyrənmədiyini və yetkinləşmədiyini bildirib:

“Mən heç vaxt bu il olduğu qədər çox şey öyrənməmişəm və yetkinləşməmişəm. Allahın göndərdiyi sınaqlar qaçılmazdır və yalnız pisləri görmək asandır. Amma nə olursa olsun, xoşbəxt anlar axtarmaq lazımdır. Bütün yaxşı, pis və çətin günlər üçün Allaha həmd olsun”.

30 yaşlı yarımmüdafiəçi antidopinq qaydalarını pozduğuna görə 4 il müddətinə futboldan kənarlaşdırılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button