“Nəyin bahasına olursa olsun, qələbə qazanmaq haqqında düşünürdüm”

Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatında bürünc medal qazanan Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov açıqlama verib.

Komanda.az xəbər verir ki, qitə birinciliyində ilk dəfə iştirak edən güləşçi 92 kq-da bürünc medal qazanıb. Osman, yarışdakı çıxışı barədə Azərbaycan Güləş Federasiyasının saytına bunları deyib:

“Bu, mənim ilk ciddi yarışım idi. Avropa çempionatına hazırlığımız yüksək səviyyədə keçmişdi. İlk görüş hər zaman çətin keçir. Almaniya güləşçisinə qalib gəldikdən sonra daha da artırdım. İkinci görüşdə Bolqarıstan güləşçisinə qalib gəldim. Ancaq yarımfinalda Rusiya təmsilçisiylə mübarizədə təcrübə çatışmazlığından məğlub oldum. Növbəti günə kökləndim. Nəyin bahasına olursa olsun, qələbə qazanmaq haqqında düşünürdüm. Bürünc medal uğrunda görüşü səhvsiz keçirdim və Avropa üçüncüsü oldum. Növbəti dəfə çempion olmağa çalışacağam. Yığma komandanın bütün məşqçilərinə və yüksək səviyyədə təlim-məşq toplanışı keçməyimiz üçün şərait yaradan federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Qazandığım bu medalı azarkeşlərə həsr edirəm”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button