Polşa millisinin üzvü İtaliyada klubunu dəyişdi

İtaliyanın SPAL klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Komanda.az xəbər verir ki, sözügedən klub A Seriyasının digər təmsilçisi “Atalanta”da çıxış edən Arkadiuş Reçanı heyətinə qatıb.

Bu barədə polşalı müdafiəçinin yeni klubu məlumat yayıb. 24 yaşlı futbolçu 1 illik icarəyə götürülüb.

“Atalanta” Reçanı ötən mövsümün əvvəlində Polşanın “Visla” klubundan 4 milyon avroya transfer edib. Amma Polşa millisinin də şərəfini qoruyan futbolçu, İtaliya klubunda cəmi 5 rəsmi oyunda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button