Polis gecikdi, “Qarabağ”a cərimə kəsildi

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda 1-ci divizionun son turunda baş vermiş qayda pozuntuları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

Birinci divizionun 2-ci turunun “Sumqayıt-2” – “Neftçi-2” matçında əvəzetmə zamanı “Sumqayıt-2” klubunun protokolda adı olmayan futbolçusu meydana çıxdığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir, klub 400 manat cərimə olunur.

Birinci divizionun 2-ci turunun “Turan Tovuz” – “Qaradağ Lökbatan” matçında “Turan Tovuz” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 86-cı dəqiqəsində “Qaradağ Lökbatan” klubunun futbolçusu Aqşin Hüseynov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

Birinci divizionun 2-ci  turunun “Ağsu” – “Səbail-2” matçında “Ağsu” və “Səbail-2” klublarının 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunur.

“Səbail-2” klubunun nümayəndəsinin oyunöncəsi iclasda iştirak etməməsinə görə klub 80 manat cərimə olunur.

Birinci divizionun 2-ci  turunun “Qarabağ-2” – “Zaqatala” matçında “Qarabağ-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

Oyunun 59-cu dəqiqəsində “Qarabağ-2” klubunun futbolçusu Nihad Quliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

“Qarabağ-2” klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə
klub 80 manat cərimə olunur.

“Qarabağ-2” klubu AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi  göstərişləri yerinə yetirmədiyinə görə (meydançanın ətrafında kənar şəxslər olub) klub 80 manat cərimə olunur.

“Qarabağ-2” klubu PFL-in əsasnaməsinin 9-cu maddəsində qeyd olunan şərtləri yerinə yetirmədiyinə görə klub 80 manat cərimə olunur.

Oyunöncəsi iclasa polis nümayəndəsi gecikdiyinə görə meydan sahibi klub 40 manat cərimə olunur.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button