
Poçettinoya yeni müqavilə təklif olunacaq
ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino komandadakı fəaliyyətini daha dörd il davam etdirə bilər.
Komanda.az xəbər verir ki, ABŞ Futbol Federasiyası argentinalı mütəxəssisə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulan yeni müqavilə təklif etməyi planlaşdırır.
Buna ABŞ yığmasının 2026-cı il dünya çempionatındakı uğurlu çıxışı da təsir edib. Komanda artıq 1/8 finala yüksəlib və bu mərhələdə Belçika millisi ilə üz-üzə gələcək.
Poçettino 2024-cü ilin sentyabrından ABŞ millisini çalışdırır. Komanda onun rəhbərliyi altında 30 oyun keçirib. Bu matçlarda 18 qələbə qazanan amerikalılar 1 dəfə heç-heçə edib, 11 oyunda isə məğlub olublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



