Poçettino: “Penaltidən qol buraxmağımız pisdir”

“Çelsi”nin çalışdırıcısı Maurisio Poçettino İngiltərə Premyer Liqasının 2-ci turunun “Vest Hem”lə oyunundan sonra (1:3) danışıb.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, o, zamanla rəqabətədavamlı kollektiv olacaqlarını diqqətə çatdırıb:

“Bu, futboldur. Futbolçularım çoxlu qol epizodları yaratdılar. İlk hissədə yaxşı çıxış etdik. Fasilədən sonra iki qol buraxdıq. Oyunun necə keçdiyini izah etmək çətindir. Topa sahib olurduq və şanslar yaradırdıq, amma yekunda uduzduq.

Karni Çukvuemekanın zədələnməsi komandaya da təsir göstərdi. Məncə, zamanla güclənəcəyik. Şübhəsiz, rəqabətədavamlı olacağıq. Penaltidən qol buraxmağımız pisdir”.

“Zadəganlar” növbəti turda “Luton”u qəbul edəcək. “Vest Hem” isə “Brayton” səfərinə yollanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button