Poçettino ÇL-in final matçı haqqında: “Biz heç bir transfer etmədik, amma “Liverpul”…”

Çempionlar Liqasının final matçında “Liverpul”la qarşılaşacaq “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, argentinalı mütəxəssis, Mersisayd təmsilçisinin final qarşılaşmasında favorit olduğunu deyib:

“Final matçının favoritinin “Liverpul” olduğunu düşünürəm. Onlar mövsümə Çempionlar Liqasını qazanmaq hədəfiylə başladılar, vacib transferlər etdilər. Biz isə mövsümü ən yaxşı şəkildə bitirməyi hədəfləmişdik. Bu mövsüm biz heç bir transfer etmədik, amma “Liverpul” qapıçı və müdafiəçi üçün 140 milyon avro xərclədi. Bunları unutmamalıyıq”.

47 yaşlı mütəxəssis, yeni tarix yazmaq üçün çalışacaqlarını da deyib:

“Hər kəs final matçında taktiki bir mübarizə gözləyir, amma məncə, hisslər ön plana çıxacaq. Bir-birimizi yaxşı tanıyan iki komandayıq. Düşünürəm ki, oyunda taktiki sürprizlər olmayacaq, hisslər əsas rol oynayacaq.

Bəlkə də, heç kim “Tottenhem”in finala yüksəlməsini gözləmirdi. Tarix yaza bilərik, bu, bizim əlimizdədir. “Mançester Siti”ni mübarizədən kənarlaşdırmaq və “Ayaks” qarşısında geri dönüş etmək bizə güc verdi”.

Baş məşqçi komandanın zədəli futbolçusu Harri Keynin vəziyyəti haqqında da danışıb:

“Keyn çox vacib bir futbolçudur, amma onun oynaması üçün tam hazır olması lazımdır. Hazırda yaxşılaşma dövründədir və meydanda ola biləcəyini düşünürük”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button