“Real”ın əsas hədəfi – Fransanın “qol silahı”

İspaniyanın “Real” klubunun yay transfer pəncərəsi dövründəki əsas hədəfi müəyyənləşib.

Komanda.az xəbər verir ki, PSJ-nin hücumçusu Kilian Mbappe Madrid təmsilçisinin əsas hədəfi olub. Bu barədə İspaniyanın “As” nəşri məlumat yayıb.

“Real”ın prezidenti Florentino Peresin Mbappe üçün şəxsən PSJ ilə danışıqlar aparacağı bildirilib.

Mbappe bu mövsüm Fransa Liqa 1-də 23 qarşılaşmada iştirak edib. O, çempionatda 26 qolla bombardirdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button