“Real”ın prezidentindən açıqlama: “Əslində, hər ikisini, amma…”

Santyaqo Solari ilə yollarını ayıraraq, Zinəddin Zidanı yenidən komandanın “sükanı arxasına” gətirən “Real”ın prezidenti Florentino Peres açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, klub prezidenti, PSJ-nin futbolçuları Kilian Mbappe və Neymardan hansının komandaya transfer olunacağı ilə bağlı suala belə cavab verib:

“Mbappe, yoxsa Neymar? Əslində, hər ikisini, amma Zidan fransalıdır”.

Klub sahibi yayda “Yuventus”a transfer olunan Kriştiano Ronaldonun komandaya mümkün qayıdışı ilə bağlı sualı da cavablandırıb:

“Zidan Ronaldonun qayıtmasına razı olarmı, bilmirəm. Amma Ronaldo hazırda olduğu yerdə xoşbəxtdir”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button