“Roma”da yeni təyinat

İtaliyanın “Roma” klubuna yeni idman direktoru təyin olunub.

Komanda.az xəbər verir ki, bundan sonra paytaxt təmsilçisində sözügedən vəzifəni Canluka Petraki yerinə yetirəcək. Bu barədə “canavarlar”ın rəsmi saytı məlumat yayıb. Tərəflər arasında imzalanan müqavilənin müddəti 2022-ci ilin yayına qədərdir.

Petrakinin son iş yeri “Torino” olub. 50 yaşlı italiyalı mütəxəssis 2009-cu ilin dekabr ayından sözügedən klubda çalışırdı.

“Roma”da isə sözügedən vəzifəni bir müddət əvvəl “Milan”a keçən Frederik Massara həyata keçirirdi. O, 2016-cı ildən, Valter Sabatininin istefasından sonra paytaxt klubunda çalışırdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button