Demiral: “Çox təəssüf edirəm”

Türkiyə millisinin müdafiəçisi Merih Demiral 2026-cı il dünya çempionatında komandanın uğursuz çıxışını şərh edib.

Vinçenzo Montellanın rəhbərlik etdiyi komanda Paraqvay millisinə 0:1 hesabı ilə məğlub olaraq qrup mərhələsində ardıcıl ikinci dəfə uduzub və pley-off şansını itirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, türkiyəli futbolçu azarkeşlərdən üzr istəyərək, komandanın nəticəsindən məyus olduğunu bildirib:

“Çox təəssüf edirəm. Türkiyə xalqından üzr istəyirəm. Belə anlarda nə deyəcəyimi bilmirəm. Komandada hamı çox üzgündür. Paraqvay yığmasına qarşı oyun milli karyeramda ən məyusedici matç idi. Bu, hamımızın gözlədiyi nəticə deyil”.

Türkiyə millisi daha əvvəl Avstraliya yığmasına 0:2 hesabı ilə məğlub olmuşdu. Türklər bu nəticələrdən sonra mundialda mübarizəni vaxtından əvvəl dayandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button