
Palinya qərarını verib
“Tottenhem”də icarə əsasında çıxış edən “Bayern”in yarımmüdafiəçisi Joao Palinya karyerasını İngiltərə klubunda davam etdirmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu klubun yeni baş məşqçisi Roberto De Zerbi ilə yaxşı münasibətlər qurub və bu amil onun qərarında mühüm rol oynayır. Yarımmüdafiəçi ilə maraqlanan “Sportinq” də onun transfer prosesinə müdaxilə edə bilər. Lakin Palinyanın əsas hədəfi London klubunda qalmaqdır.
30 yaşlı yarımmüdafiəçi son mövsümdə “Tottenhem”in heyətində bütün turnirlər daxil olmaqla 45 oyunda meydana çıxıb, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



