“Özümü “Barselona”dan başqa heç bir klubda təsəvvür edə bilmirəm” – Arauxo

“Barselona”nın müdafiəçisi Ronald Arauxo gələcəyi ilə bağlı sualı cavablandırıb. Uruqvaylı futbolçu komandanı tərk etmək fikrində olmadığını açıqlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Arauxo özünü “Barselona”dan başqa heç bir komandada təsəvvür edə bilmədiyini söyləyib:

“Mən özümü “Barselona”dan başqa heç bir klubda təsəvvür edə bilmirəm”.

Arauxo 2018-ci ildən “Barselona”da çıxış edir. Müdafiəçi bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib və 1 qol vurub. Futbolçunun Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button