Ozobiç Zaur Ramazanovun nailiyyətini təkrarlayıb

“TuranTovuz”un yarımmüdafiəçisi Filip Ozobiç Azərbaycan millisinin sabiq üzvü Zaur Ramazanovun nailiyyətini təkrarlayıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, buna “Zirə”yə 2:0 hesabı ilə qalib gəldikləri Misli Premyer Liqasının 21-ci turunun oyununda fərqlənməklə nail olub.

Ozobiç turnirdə 70-ci qolunu vuraraq bu göstəricidə Ramazanova çatıb.

Premyer Liqada 2016/2017 mövsümündə debüt edən Ozobiç “Qəbələ”də 16, “Qarabağ”da 35, “Neftçi”də 15 qol vurub. İndiki klubunda 4-cü dəfə fərqlənən yarımmüdafiəçi turnirdə 70 və daha çox qola sevinən 23-cü futbolçu olub. Ozobiç bu göstəricidə Zaur Ramazanova şərik olub.

1. Nazim Əliyev – 183

2. Müşfiq Hüseynov – 125

3. Rövşən Əhmədov – 116

4-5. Qurban Qurbanov – 115

Samir Ələkbərov – 115

6. Alay Bəhramov – 108

7. Nadir Nəbiyev – 103

8-9. Xaqani Məmmədov – 102

Vadim Vasilyev – 102

10. Kənan Kərimov – 101

11. Musa Qurbanov – 94

12. Fazil Pərvərov – 89

13. Samir Musayev – 88

14-15. Fərrux İsmayılov – 85

İmamyar Süleymanov – 85

16. Samir Əliyev – 84

17. İsmayıl Məmmədov – 76

18. İlham Məmmədov – 74

19. Azər İsayev – 73

20. Paşa Əliyev – 72

21. Badri Kvaratsxeliya – 71

22-23. Zaur Ramazanov – 70

Filip Ozobiç – 70

Ozobiç “23-lük”də karyerasını davam etdirən yeganə futbolçudur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button