
Özbək futbolçu “Sabah”dan ayrılacaq?
“Sabah”da icarə əsasında oynayan Umarali Raxmonaliyev müqavilə ilə məxsus olduğu “Rubin”ə geri qayıda bilər.
Rusiyanın “Sport-Express” nəşri özbək yarımmüdafiəçini bu qış transfer pəncərəsi zamanı klubu potensial gücləndirəcək oyunçular sırasında qeyd edib.
Komanda.az-a daxil olan məlumata əsasən isə, yayılan xəbərlər həqiqəti əks etdirmir.
Futbolçunun Rusiya klubuna qayıtması real deyil. Onun çıxışını Masazır təmsilçisində davam etdirəcəyi bildirilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



