Ozan Can üçün yeni baş məşqçi

Türkiyənin “Girəsunspor” klubunun yeni baş məşqçisi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi 1-ci Liqa təmsilçisini bundan sonra Kemal Kılıç çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Tərəflər arasında imzalanan müqavilənin müddəti mövsümün sonuna qədərdi.

“Girəsunspor” bir neçə gün öncə sabiq baş məşqçisi Ümit Özatla yollarını ayırmışdı. Hansı ki, onun gəlişindən sonra Ozan Can demək olar ki, bu komandada forma şansı qazanmırdı.