Oyarzabaldan “Barselona” açıqlaması

“Real Sosyedad”ın və İspaniya millisinin hücumçusu Mikel Oyarzabal “Barselona”ya mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 29 yaşlı futbolçu hazırda bütün diqqətini öz klubuna yönəltdiyini deyib:

“Artıq demişəm ki, “Real Sosyedad”da çox xoşbəxtəm. Bura mənim evimdir. Klub ən çətin anlarda belə, mənə dəstək olub. Bu gün burada olmağımı (dünya çempionatında) və İspaniya millisində çıxış etməyimi “Real Sosyedad”a borcluyam”.

Daha əvvəl “Barselona”nın Xulian Alvaresi transfer edə bilməsə, Oyarzabalı alternativ variantlardan biri kimi nəzərdən keçirdiyi bildirilib.

İspaniya millisi iyulun 6-da 2026-cı il dünya çempionatının 1/8 finalında Portuqaliya yığması ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button