Ötən il rədd etdiyi təklifi bu il dəyərləndirmək istəyir

“Yuventus”un hücumçusu Duşan Vlahoviç karyerasını İngiltərədə davam etdirə bilər.

Komanda.az “Daily Mirror”-a istinadən xəbər verir ki, serbiyalı forvardla “Arsenal” maraqlanır. Futbolçunun özü də London klubuna keçməyi düşünür.

“Topçular”ın çalışdırıcısı Mikel Arteta ötən il oyunçunu transfer etmək istəsə də, o, bu təklifi rədd edib.

Vlahoviç 2022-ci ilin yanvarından “qoca sinyora”nın formasını geyinir. Cari mövsümdə o, “Yuventus”un heyətində bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, 11 qol vurub və 4 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button