Osimhen İtaliya klubunda oynamağı arzulayır

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen Türkiyə klubunu seçməzdən əvvəl “Yuventus”a keçmək istədiyini deyib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı futbolçu “Qalatasaray”a keçməzdən əvvəl “Yuventus”un onun böyük arzusu olduğunu bildirib:

“Yuventus” ən böyük klublardan biridir. Tarixi zəngindir və bir çox əfsanə orada oynayıb. “Qalatasaray” seçimi yaranmazdan əvvəl də “Yuventus”a keçmək istəyirdim. Bəzi maneələr var idi və təəssüf ki, bu transfer baş tutmadı.

Fürsət yaranarsa, oynamaq istədiyim bir neçə klub var və “Yuventus”u təmsil etmək mənim üçün şərəf olardı.

Hazırkı klubumda xoşbəxtəm. Gələcəyin necə olacağını bilmirəm, amma dünyanın hər yerindəki oyunçuların doxsan faizi “Yuventus”da oynamaq istərdi”.

“Qalatasaray” bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçında “Yuventus”un qonağı olacaq. Komandalar arasındakı ilk oyun türklərin 5:2 hesablı qələbəsi ilə başa çatıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button