Osimhen əməliyyat olunacaq

“Qalatasaray”ın hücumçusu Viktor Osimhen əməliyyat olunacaq. O, UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin dünən “Liverpul”la keçirilən cavab matçında (0:4) qolundan zədə alaraq sınıq diaqnozu ilə üzləşib.

İstanbul təmsilçisi ilk oyunda 1:0 hesabı ilə qalib gəlmişdi. Ümumi hesabda 1:4 məğlub olan “cim-bom” Çempionlar Liqasında mübarizəni dayandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, nigeriyalı forvardın tam sağalması üçün cərrahi müdaxilə zəruridir.

Osimhen cari mövsümdə 29 rəsmi matçda iştirak edib, 19 qol vurub və 7 məhsuldar ötürmə verib.

“Qalatasaray” hazırda Türkiyə çempionatının turnir cədvəlinə başçılıq edir. “Sarı-qırmızılılar” “Fənərbaxça” və “Trabzonspor”u 4 xal qabaqlayır. Üstəlik, “cim-bom” rəqiblərindən bir oyun az keçirib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button