“Onunla birlikdə işləməkdən qürur duyuram” – Skaloni

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni yığmanın və “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, mütəxəssis, Messi ilə bağlı bunları deyib:

“Messi futbol tarixinin ən yaxşı futbolçusudur. O, Argentina ilə hər şeyi qazanmaq istəyən bənzərsiz futbolçudur. Karyerasını bitirəndə, artıq onu izləyə bilməyəcəyik deyə, peşman olacağıq. Onunla birlikdə işləməkdən qürur duyuram.

“İnter”in futbolçusu Lautaro Martines Messi ilə nə qədər çox oynasa, onun üçün o qədər yaxşıdır. Martines hər kəsin komandasında görmək istəyəcəyi futbolçudur”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button