“Nə qədər səviyyəli olduğumuzu hər kəsə göstərdik” – Ten Haq

“Ayaks”ın baş məşqçisi Erik ten Haq, Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a 4:1 hesabı ilə qalib gəldikləri cavab matçından sonra açıqlama verib.

Komanda.az Hollandiya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis, komandasının səviyyəsini hər kəsə göstərdiyini deyib:

“Bu gün hər şeyi çox düzgün etdik. Nə qədər səviyyəli olduğumuzu hər kəsə göstərdik. Bir çox azarkeşimiz burda idi. Onlar üçün inandıq, qalib gəldik, qürurlandıq. Bir çoxu bizim oyunumuzu müzakirə edirdi, onlara nə qədər yaxşı olduğumuzu göstərdik. Bizim üçün çox gözəl bir mövsümdür. Mart ayındayıq, amma hər üç “cəbhə”də mübarizəni davam etdiririk. Ümid edirəm ki, mövsümün sonunda titullar qazana bilərik.

Komanda olaraq oyunumuzu çox artırmalıyıq. Topu özümüzdə daha çox saxlamalı və bu şəkildə davam etməliyik. Hələ gedəcək çox yolumuz var”.

Qələbədə əsas nəyin rol oynadığı sualına cavab verən hollandiyalı mütəxəssis, “Şans sizin yanınızda olmalıdır, Rafael Varanın dirəyə dəyən zərbəsi kimi. Bu gün bir çox epizodda şanslı tərəf biz olduq” deyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button