“Onlar Premyer Liqada qalib olmaq üçün çalışmalıdırlar” – Pike

“Barselona”nın müdafiəçisi Jerar Pike keçmiş komandası “Mançester Yunayted”lə bağlı açıqlama verib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, ispan futbolçu, “qırmızı şeytanlar”ın hazırkı vəziyyəti ilə bağlı danışıb:

“Son bir neçə ildir ki, “Mançester Yunayted” Çempionlar Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparır. Amma düşünürəm ki, onlar Premyer Liqada qalib olmaq üçün çalışmalıdırlar. Ümid edirəm ki, bu yolla onlar zirvəyə qayıda biləcəklər.

“Mançester Yunayted”in orda oynadığım dövrü əla idi. Amma orda istədiyim qədər tez-tez oynaya bilmədim. Buna baxmayaraq, 17 yaşım var idi və çox gənc idim. Bu, karyeram üçün çox vacib addım idi. Kriştiano Ronaldo, Ueyn Runi kimi təcrübəli futbolçularla oynamaq “Barselona”dakı karyeram üçün faydalı oldu.

Keçən mövsüm Ole-Qunnar Sulşerin Çempionlar Liqasındakı işini gördüm. Onun əla insan olduğunu düşünürəm. O, “Mançester Yunayted”də çox yaxşı işlər görür. Bu mövsüm komandanın nə əldə edəcəyini gözləyək”.

32 yaşlı futbolçu 2004-2008-ci illərdə “Mançester Yunayted”də forma geyinib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button