Lukakudan PSJ – “Barselona” müqayisəsi

Çempionlar Liqasının 1/4  final mərhələsinin ilk oyunları çərçivəsində öz meydanında “Barselona”ya məğlub olan “Mançester Yunayted”in hücumçusu Romelu Lukaku açıqlama verib.

Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, belçikalı futbolçu, 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra bunları deyib:

“Ümid edirik ki, cavab matçında səfərdə qalib gələ bilərik. Təbii ki, “Barselona”nın səviyyəsi PSJ-dən daha artıqdır. Onlar daha təcrübəli heyətə sahibdirlər. “Nou Kamp”da ehtiyacımız olan yeganə şey özünəinam və qələbə istəyidir. Topa sahib olmaq və topla oynamaq məsələsində daha inamlı olmalıyıq”.