“Ona klubu tərk etməyi məsləhət gördüm” – Mourinyo

“Roma”nın baş məşqçisi Joze Mourinyo 14-cü turun “Sassuolo” ilə oyununda (1:1) futbolçulardan birinin qeyri-peşəkar davranışını müşahidə edib.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis əvvəlcə ardıcıl xal itkilərinə görə üzr istəyib:

“Roma” yaxşı oynadı. İki çətin oyundan sonra qələbə qazanmaq istəyirdik. Nə olursa olsun, üzr istəyirəm. Çünki vahid formada çıxış edən komandanın səyləri qeyri-peşəkar rəftarlı futbolçu tərəfindən xəyanəta uğrayıb.

Demək olar ki, paltardəyişmə otağına getmirəm, amma bu gün hamıya xəbər vermək üçün ora getdim. Mən onunla danışdım və yanvarda klubu tərk etməyi məsləhət gördüm. Sonda nə edəcəyini bilmirəm”.

59 yaşlı baş məşqçi futbolçunun adını açıqlamayıb.

“Roma” A Seriyasında 14 oyundan sonra 26 xalla 7-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button