“Omoniya”nın futbolçusu: “Nəticə ədalətli oldu”

Kiprin “Omoniya” komandasının futbolçusu Xaralambos Xaralampus Konfrans Liqasında “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, yarımmüdafiəçi, 2:2 hesabıyla bitən matçla bağlı bunları söyləyib:

“Bu oyunda özümüzü ən yaxşı tərəfdən göstərməyə və nəticə qazanmağa çalışdıq. Fasiləyə üstün yollansaq da, ikinci hissədə qol buraxdıq. Daha sonra isə azlıqda qaldıq. Düşünürəm ki, hesab ədalətli oldu”.