
Olimpiya çempionu Bakıya gəldi
42-ci Ümumdünya Şahmat Olimpiadasının qalibi Samuel Şenklend dekabrın 17-24-də Bakıda təşkil olunacaq “Vugar Gashimov Memorial-2022”də iştirak edəcək.
Turnirin mətbuat xidmətindən Komanda.az-a verilən məlumata görə, Şenklend bunun üçün Bakıya gəlib.
Turnirdə 7 ölkə – Azərbaycan, ABŞ, Çin, Hindistan, Özbəkistan, Rumıniya və İspaniyadan 10 şahmatçı mübarizə aparacaq.
42-ci Ümumdünya Şahmat Olimpiadasına 2016-cı ildə Bakı ev sahibliyi edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin