“Olimpiakos” “Neftçi”dən aldığı futbolçunu icarəyə verdi

Yunanıstanın “Olimpiakos” klubu futbolçusu Mamadu Kaneni icarəyə verib.

Komanda.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi karyerasını Kiprdə davam etdirəcək. Qvineyalı oyunçu mövsümün sonunadək “Pafos”da çıxış edəcək.

Mamadu Kane 2019-2021-ci illərdə “Neftçi”nin formasını geyinib. Afina təmsilçisi 2021-ci ilin yayında yarımmüdafiəçini 300 min avroya alıb. “Olimpiakos”la 4 illik müqavilə imzalayan Kane 2021/22 mövsümünün ilk yarısında da icarə əsasında “ağ-qaralar”ın uğurları üçün çalışıb.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button