“Həmin oyuna görə karyeramı bitirmək qərarına gəlmişdim” – “Yuventus”un futbolçusu

“Yuventus”un yarımmüdafiəçisi Blez Matuidi 2017-ci ildə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində PSJ ilə “Barselona”ya 1:6 hesabı ilə məğlub olduqları (ilk oyun 4:0) matçla bağlı açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu, sözügedən qarşılaşmadan sonra karyerasını bitirmək haqqında düşündüyünü bildirib:

“Həmin oyuna görə karyeramı bitirmək qərarına gəlmişdim. Sözün əsl mənasında həmin oyun məni futboldan soyutdu, çox böyük kədər yaşadım. Daha sonra “Yuventus”a transfer olundum və indi özümü daha yaxşı hiss edirəm. Bura gəldikdən sonra PSJ-dəki günlərimi daha yaxşı xatırlayıram”.

Fransalı futbolçu 2017-ci ildə “Yuventus”a transfer olunub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button