“O hərəkəti etməyə məcbur idim” – Serxio Ramos

Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”ın “Ayaks”a qalib gəldiyi oyundan sonra (2:1) UEFA-nın barəsində araşdırma başlatdığı Serxio Ramos açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, oyunda bilərəkdən sarı vərəqə aldığı iddia olunan “Real”ın 32 yaşlı kapitanı, bunu qəsdən etmədiyini deyib:

“Bu deyilənlərə çox təəccübləndim. Həmin epizodda səhv etməli idim, çünki başqa çarəm  yox idi. Rəqib təhlükəli hücum edirdi. Cəzalı vəziyyətə düşəcəyimi bilmədiyimi desəm, yalan olar, amma o hərəkəti etməyə məcbur idim. Bəzən futbolda belə çətin qərarlar vermək lazım olur.

Vərəqələrimi sıfırlamaq istəsəydim, bunu qrup mərhələsində edərdim. “Roma” ilə oyunda qrupdan çıxmağı həll etmişdik”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button