“Nyukasl” “Arsenal”ın futbolçusunu transfer etmək istəyir

“Arsenal”ın yarımmüdafiəçisi Emil Smit Rou klubu tərk edə bilər.

Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, ingilis futbolçunu “Nyukasl” transfer etmək istəyir.

23 yaşlı yarımmüdafiəçi 2022/23 mövsümündə “Arsenal”ın heyətində bütün yarışlarda 15 oyuna çıxıb, 2 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button