
“Tottenhem” müdafiəçisinə 115 milyon avro qiymət qoyub
“Tottenhem” müdafiəçisi Mikki van de Venlə bağlı mövqeyini müəyyənləşdirib.
Komanda.az “The Telegraph”-a istinadən xəbər verir ki, London klubu niderlandlı futbolçunu 115 milyon avro qarşılığında satmağa hazırdır.
25 yaşlı müdafiəçi ilə Avropanın iki top-klubu – “Barselona” və “Liverpul” maraqlanır.
Van de Ven ötən mövsüm bütün turnirlərdə 45 oyunda meydana çıxıb, 7 qol vurub və 1 məhsuldar ötürmə verib.
Niderlandlı futbolçunun “Tottenhem”lə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



