De Bur 7:0-lıq qələbədən danışdı: “Oyunun bitməsinə çox sevindim”

Niderland milli komandasının baş məşqçisi Frank de Bur DÇ-2022-nin seçmə mərhələsində Cəbəllütariqi məğlub etdikləri oyundan sonra fikirlərini bildirib.

Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, niderlandlı mütəxəssis, 7:0 hesabıyla bitən matçda rəqibi antifutbol oynamaqda ittiham edib:

“Bu, antifutboldur. Cəbəllütariqin bütün futbolçuları yüngül toxunuşda yerə yıxılır, hakimə etiraz edir, şikayətlənirlər. Qapıçıları topu meydana daxil etmək üçün bir dəqiqə sərf edir. Bütün bunlardan bezdim və oyunun bitməsinə çox sevindim”.