Neymarla Mbappe arasındakı münaqişə…

PSJ-nin futbolçuları Kilian Mbappe və Neymar arasındakı münaqişə həll olunub.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Liqa 1-də “Monpelye” ilə oyundan (5:2) sonra Neymar Mbappenin komandanın tam ştatlı penalti oyunçusuna çevrilməsindən narazılığını bildirib. Futbolçular arasında münaqişəni PSJ-nin idman direktoru Luis Kampos həll edib. O, futbolçularla danışıb, izah edib ki, onların davranışı komandanın ümumi performansına xələl gətirməməlidir və oyunçular arasında anlaşılmazlıqlar birgə həll edilməlidir.

Klub rəsmisi ilə görüşdən sonra futbolçular insidentin həll olunduğunu etiraf ediblər.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button