“Neymara PSJ-yə getməyin səhv olduğunu söylədik” – Suares

“Qremio”nun hücumçusu Luis Suares braziliyalı furbolçu Neymarın PSJ-yə keçməsinin səhv olduğunu bildirib.

Komanda.az “Goal”-a istinadən xəbər verir ki, o, Lionel Messi və Neymarla bərabər çox yaxşı üçlü olduqlarını söyləyib:

“Mən, Messi və Neymar çox yaxşı dost idik, bilirdik ki, meydanda öz rollarımızı oynasaq, “Barselona”nı möhtəşəm edəcəyik. Birimiz zəif oynasaydıq, digər ikimiz əvəz edərdi. Bu, heyrətamiz bir əlaqə idi. Neymara PSJ-yə getməyin səhv olduğunu söylədik. Neymar ən yaxşı olmaq istəyirsə, Messiyə yaxın olmalı idi. Lakin o, qərarını verdi və bu, komandada boşluq yaratdı”.

Xatırladaq ki, Neymar 2017-2023-cü illərdə PSJ-də çıxış edib. O, yay transfer pəncərəsində “Əl-Hilal”a keçib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button