Neymar olmadan oynamaq çətindir, ancaq… – Mbappe

Fransa Liqa 1-in son turunda “Lion”a 1:2 hesabı ilə məğlub olan PSJ-nin futbolçusu Kilian Mbappe, oyundan sonra açıqlama verib.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 20 yaşlı forvard mövsümün sonuna qədər məğlub olmayacaqlarını deyib:

“Bu məğlubiyyətə layiq olub-olmadığımızı bilmirəm, amma məğlubiyyətdən sonra hələ də çempionatda liderik. Oyuna yaxşı başladıq və ilk qolu vurduq. Həm rəqibin, həm də bizim qol şanslarımız vardı. Şanslarımızdan istifadə edə bilmədik.

Çempionlar Liqasının oyunları ilə bağlı narahat olmayacam. Belə oyunlar olur. Qələbə qazanmalıyıq. Mövsümün sonuna qədər məğlub olmamaq üçün çalışacağıq”.

Fransa millisinin futbolçusu, komanda yoldaşı Neymarın yoxluğu haqqında da danışıb:

“Neymar olmadan oynamaq çətindir, amma bu vəziyyəti qəbul etməliyik. Keçən il də o, zədələnmişdi. Vəziyyət necə olur olsun, eyni səhvləri etməmək üçün çalışmalıyıq. Əks halda, bu, bir şey öyrənməməyimiz deməkdir”.

23 turdan sonra 56 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşan PSJ, ən yaxın izləyicisi “Lill”i 8 xal qabaqlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button