Neymar “Barselona”ya qayıdır

PSJ braziliyalı hücumçu Neymarın “Barselona”ya keçməsinə razılıq verib.

Komanda.az “sport”-a istinadən xəbər verir ki, Paris klubu keçidin reallaşması üçün danışıqların sürətlə aparılmasını istəyir.

Öncədən Səudiyyə Ərəbistanı təmsilçilərindən birinin forvardı 200 milyon avroya transfer etmək istədikləri haqda xəbər vermişdik.

Neymar 2017-ci ildə 222 milyon avro qarşılığında “Barselona”dan PSJ-yə keçmişdi. Həmin zaman kəsiyində o, Liqa 1 klubunun heyətində 173 oyunda 118 qol vurub və 77 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button