
“Neftçi”nin yeni futbolçusu tibbi müayinədən keçdi
“Neftçi”nin yeni transferi Sessi D Almeyda “Liv Bona Dea Hospital”da ümumi müayinədən keçib.
Komanda.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Kardioloq, travmatoloq, ümumi cərrah, terapevt, nevroloq, oftalmoloq, fizioterapevt və LOR yoxlanışından sonra qan analizləri götürülüb. Həmçinin, USM, MRT, EKQ, EXO, stress test edilib. Onun sağlamlığında heç bir problem aşkarlanmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



