“Ən yaddaqalan düşmənlərimizə qarşı Moskvada olan oyun idi” – Qurbanov

“Neftçi”nin və Azərbaycan milli komandasının sabiq üzvü Mahmud Qurbanov karyerasında ən yaddaqalan oyununu açıqlayıb.

Komanda.az xəbər verir ki, Azərbaycan kubokunun püşkatma mərasimində iştirak edən Qurbanov, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayevin “ən yaddaqalan oyunun hansı olub” sualını belə cavablandırıb:

“Oyunlar çox olub, amma nəzərə alaq ki, bu yaxınlarda vətən müharibəsi oldu. İgid əsgərlərimiz, zabitlərimiz düşmənə qarşı vuruşdular, işğal altında olan torpaqlarımızı azad etdilər. Milli ordumuza, Ali Baş Komandana təşəkkür edirəm.

Əlbəttə, biz futbol içində böyümüş adamlar olmuşuq. Yaddaqalan oyunlarımız çox olub, ancaq ən yaddaqalan düşmənlərimizə qarşı Moskvada olan oyun idi. “Neftçi” ilə “Pünik”i neytral meydançada, rus azarkeşlərin və jurnalistlərin qarşısında məğlub etmişdik – 2:0. Həmin qələbədə hamının əməyi var idi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button