“Neftçi”nin Sadıqov arzusu – Uğursuzluqlara onunla son qoymaq istəyirlər

Son mövsümdə Premyer Liqanı 5-ci yerdə başa vurub, avrokuboklardan kənarda qalan “Neftçi” hələ də baş məşqçisizdir.

Miodraq Bojoviçlə yolların ayrılmasından sonra “ağ-qaralar” yeni baş məşqçi axtarır. “Neftçi” rəhbərliyinin baş məşqçi postuna bir neçə namizədi var. Komanda.az-ın əldə etdiyi məlumata görə, Bakı klubunun əsas istəyi “Zirə”nin çalışdırıcısı Rəşad Sadıqovdur. Qəsəbə təmsilçisi Sadıqovun rəhbərliyi altında son mövsümdə Premyer Liqanı 2-ci pillədə başa vurub və ölkə kubokunun finalına yüksəlib.

“Neftçi”də hesab edirlər ki, nəhayət, sabit nəticələr qazanmaq və müəyyən oyun sisteminə malik olmaq, ən əsası, “Qarabağ”ın uzun illərdir davam edən hegemonluğuna mane olmaq üçün Rəşad Sadıqov ideal seçim olar. Amma gənc mütəxəssisin hələ ki, “Zirə”dən ayrılmaq fikir yoxdur. Baxmayaraq ki, “Neftçi” Sadıqova güclü komanda qurmaq üçün daha böyük büdcə və daha yüksək maaş təklif edə bilər.

Sadıqov “Neftçi” üçün baş məşqçi postuna əsas namizəd olaraq qalsa da, hələlik, onun paytaxt klubunda işləmək istəyində olmadığı deyilir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button