“Neftçi”nin rəqibindən inamlı qələbə

“Neftçi”nin Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi olan Şimali Makedoniyanın “Şkupi” klubu ölkə çempionatında növbəti oyununu keçirib.

Komanda.az xəbər verir ki, Skopye təmsilçisi 3-cü tur çərçivəsində səfərdə “Belasitsa” ilə qarşılaşıb.

Qonaqlar 89 və 90+1-ci dəqiqələrdə vurduğu qollarla qələbə qazanıb. Bu nəticədən sonra xallarının sayını 7-yə çatdıran “Şkupi” liderliyə yüksəlib.

Qeyd edək ki, “Neftçi” – “Şkupi” oyunu avqustun 27-də keçiriləcək. 8-ci km stadionunda baş tutacaq matça saat 20:00-da start veriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button