“Neftçi”nin oyununun biletləri satışa çıxarıldı

Azərbaycan Premyer Liqasının 5-ci turu çərçivəsində keçiriləcək “Neftçi” – “Keşlə” oyununun biletləri satışa çıxarılıb.

Komanda.az Bakı klubunun “facebook” səhifəsinə istinadən xəbər verir ki, biletlərin qiyməti VİP yerlər üçün 5 manat, qalan bütün sektorlara isə 1 manat təşkil edir.

Oyun sabah, saat 18:30-da start götürəcək.