“Neftçi”nin məğlubiyyəti sosial şəbəkədə: “Bəs mikrorayon tikəcəkdilər?”

“Neftçi”nin Avropa Liqasının 3-cü təsnifat mərhələsində səfərdə “Bney Yehuda”ya uduzub (2:1) mübarizəni dayandırması, ciddi narazılıqla qarşılanıb. Sosial şəbəkədə “ağ-qaralar”ın məğlubiyyəti ilə bağlı çoxlu fikirlər səsləndirilib.

Komanda.az sosial şəbəkədə “Neftçi”nin məğlubiyyətinə həsr olunan paylaşımlardan bəzilərini təqdim edir:

“Hətta İslam Kərimov da belə heyəti, büdcəsi olan “Neftçi”ni daha yaxşı oynadardı”.
Vusal Mahmudov

“Neftçi” rəhbərliyindən bir adam tapılmadı ki, fiaskoya görə mətbuata açıqlama versin? Çingiz Abdullayev də, Zaur Qəhrəmanov da, Kamran Quliyev də İsraildəydi. Amma etapı keçsələr, hətta Elnur Eyvazov da danışacaqdı. 3 gün əvvəl Tahir Gözəl ağır məğlubiyyətdən dərhal sonra stadionda jurnalistlərin suallarını cavablandırmışdı”.
Ceyhun Rzayev

“Ömür boyu kimisə bədbəxt eləmişik. Özümüz çixa bilməsək də, kimlərəsə, hətta türklərə də badalaq vurmusuq. Bu dəfə ara yerdə “Arsenal” getdi. “Arsenal” bunları da, “Malmö”nü də keçərdi”.
Mehdi Ibrahimov

“Neftçi”nin oyununa baxmamaq da olmur, baxıb əsəbiləşməmək də”.
Zeynab Aliyeva

“Məşqçimə bax da! Cinah müdafiəçini çıxardıb yerinə Dabonu salır. Bu da sənə qol, get çıxart! İtaliyada bu cür qollar D Seriasında vurulmaz. Allahın “Speranta”sı autdan qol yeməzdi. Sadəcə rəzalət!!!”
Erkin Ibragimov

“Dünənə kimi Əlişə (Bordinə) “atam” deyirdiz…”.
Kenan Hesenov

“Çox təəssüf… “Neftçi” qələbə qazanmaq üçün heç nə etmədi… Ay Bordin, hər məğlubiyyətdən sonra rəqib komandaların baş məşqçisinə hücüm etməkdənsə, futbolçularına meydanda rəqib qapsına hücüm etməyi öyrədə bilsəydin, indi mərhələni keçən “Neftçi” olardı”.
Hacı Mərdan

“Bney Yehuda” ilə oyundan sonra “Neftçi” rəhbərliyi UEFA-ya müraciət edib ki, İntertoto kubokunu bərpa etmək lazımdı”.
Elnur Memmedli

“Azərbaycan Premyer Liqası kimi zəif bir çempionatın 2 təmsilçisinin pley-offda oynaması möcüzə olardı. Möcüzə olmadı”.
Natiq Muxtarli

“Roberto Bordinin aylıq maaşı 50000 AZN, oynatdığı futbol 50 qəpiklik. Kluba xeyri olmasa da, xeyri dəydiyi insanlar var”.
Afgan Hamzayev

“Avrokuboklardakı uğursuzluqdan sonra adətən “Neftçi”də ya kimsə istefa verər, ya da kimsə qurban “kəsilərdi”…”.
İxtiyar Asgarov

“Dabonun üzündə elə bir ifadə var ki, elə bil mənim kredit borclarımın hamısını ona ödətdirirlər…”.
Amal Abuşov

“Neftçi”nin prezidenti Kamran Quliyevi, klubun transferlərinə cavabdehlərdən Ceyhun Sultanovu, bas məşqçi Roberto Bordini satın, gedin “Bney Yehuda”nin baş məşqçisi Abuksisi alin! Adam məşqçidir, mütəxəssisdir”.
Reshad Ergun

“Vaxtilə mən Bordinə sual verəndə, onun tərbiyəsiz reaksiyasını 767-300-ün kreslosunda oturmaq naminə tənqid etmək əvəzinə tərifləyənlər, italiyalının rəqib məşqçiyə qarşı hərəkətini də görməzdən gələcəklər. Adamın konkret psixoloji cəhətdən ciddi problemləri var. Məğlub olduğu hər oyundan sonra ona-buna qarşı kobudluq edir, etika qaydalarını heçə sayır. Bunun hamısı bilirsiz nədən irəli gəlir? Çünki Bordinə qapı açmaq istəyənlər növbəyə dayanıb. Robertoya layiq olmadığı dəyər verilir. Ayıbdı, ayıb…”.
Axmedov Araz

“Bəs əjdaha idilər, bəs Bordin dahi məşqçi idi, bəs Kamran möhtəşəm prezident idi, bəs qrupda oynayacaqdılar, bəs mikrorayon tikəcəkdilər?”
Pervin Kazimoglu

“Mbodj ölüb özünə demirlər”.
Ramiz Mirzezade